Ölkə futbolu

Çexlərə qarşı bərbad statistika

“Qarabağ”ın ÇL-nin 3-cü təsnifat mərhələsindəki potensial rəqibi “Viktoriya”nın təsmil etdiyi Çexiya klubları komandalarımıza qarşı amansız olublar.

İdmanxeber.com-un məlumatına görə, təmsilçilərimiz avrokuboklarda ümumilikdə 3 dəfə Çexiya klubları ilə qarşılaşıblar.

Maraqlıdır ki, 6 görüşdə 5 dəfə məğlub olan təmsilçilərimizin təsəllisi cəmi 1 heç-heçə olub. Bu məğlubiyyətlər arasındakı ən böyük hesab da “Qarabağ”a aiddir. Ağdamlılar UEFA kubokunun 1997/98 mövsümdə “Yablonets” önündə darmadağın olublar. Çexiyada 5 cavabsız qol buraxan təmsilçimiz evdə də 0:3 hesabına üzülüb.

Yevlax təmsilçisi “Karvan” evdə uduzandan sonra heç bir faydası olmayan bərabərlik əldə edib. Bu, UEFA kubokunun 2006/07 mövsümünə təsadüf edib. Bakıda 2 cavabsız qol vuran “Slaviya” öz meydanında sülhə razılaşıb.

2000/01 mövsümündə isə “Şəmkir” hər iki matçda çexiyalılara uduzub. Qərblilər Çempionlar Liqasında mərhələ keçən ilk klubumuz olduğu il “Slaviya” önündə aciz qalıb. Səfərdə 0:1-ə üzülən şəmkirlilərin cavab matçına ümidləri olsa da, çexiyalılar ölkəmizdə də 4:1 hesablı qələbə əldə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43