19 Noyabr 2018
Ölkə futbolu

Ceyms Adeniyi: “Qarabağ”ı udmaq üçün əlimizdən gələni edəcəyik”

Topaz Premyer Liqasının II dövrəsinə uğurla başlayan “Qəbələ” son 3 oyunda 7 xal qazanıb. “Qırmızı-qaralar” bu matçlarda 7 qol vurub ki, bunlardan 6-sı Stiven Monroz – Ceyms Adeniyi cütlüyünün hesabındadır. Bu yay komandaya qoşulan sonuncu klubun saytına açıqlamasında özünün və klubun çıxışını dəyərləndirib:

“Qəbələ”də göstərdiyim oyuna görə xoşbəxtəm. Artıq komandada qələbə hissinin oyandığı üçün çox sevinirəm. İkinci dövrə yeni başlayıb. Mövsümün böyük hissəsi irəlidədir. Hələ qarşıda oyunlarımız var. İnanıram ki, birlikdə daha çox uğur qazanacağıq. Turnir cədvəlində daha yüksək pillələrə irəliləmək üçün imkanlarımız var”.

Uğurlu seriyanı davam etdirməyə çalışacaqlarını bildirən Adeniyi XI turun “Qarabağ”la ev oyunu barədə də iddialı danışıb:

“Ev oyunlarımız yaxşı ab-havada keçir. Azarkeş dəstəyi bizi daha yaxşı oynamağa vadar edir. Biz də bu dəstəkdən ruhlanıb yaxşı oyun nümayiş etdiririk. Növbəti turda qarşılaşacağımız “Qarabağ” güclü rəqibdir. Əlimizdən gələni edəcəyik ki, bu matçda da qalib gələk. İnanıram ki, qələbə qazanmaq üçün hər bir futbolçu bütün bacarığını ortaya qoyacaq. Hər birimiz komandaya daha çox fayda verməyə çalışacağıq”.

Oxşar xəbərlər

1/4 final mərhələsinin oyun cədvəli açıqlandı

admin

Mübariz Mənsimov tapşırıq verdi: “Xəzər Lənkəran”la bağlı yeni plan hazırlayın”

admin

“Xəzər Lənkəran” ilk transferini reallaşdırdı ÖZƏL

admin