Dünya futbolu

Ceyms Milner 2-ci oldu

“Brayton”da çıxış edən Ceyms Milner Premyer Liqa tarixində ən çox oyuna çıxan 2-ci oyunçu olub.

İdmanxeber.az-ın məlumatına görə, dünən keçirilən “Vest Hem” – “Brayton” (0:0) oyunuyla 37 yaşlı yarımmüdafiəçi PL-da 632-ci oyununa çıxıb. O, “Mançester Yunayted” əfsanəsi Rayan Giqqzə çatıb.

Milner 1-ci yerdəki Qaret Berridən cəmi 21 oyun uzaqdadır.

1. Berri – 653

2. Milner, Giqqz – 632

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43