Kateqoriyasız

Cəzalar bəlli oldu: “Beşiktaş” bağışlanmadı, Melo isə öz cəzasını aldı

Türkiyə Superliqasının V turu çərçivəsində baş tutan “Beşiktaş” – “Qalatasaray” derbisindəki məlum qalmaqallarına verilən cəzalar açıqlanıb.

Türkiyə Futbol Federasiyasının (TFF) Nizam – İntizam Komitəsi Atatürk Olimpiya Stadionunda yaşanan olaylarla bağlı “Beşiktaş”a 4 oyunluq azarkeşsiz oynama cəzasını verib. Bundan əlavə TFF  “ağ-qaralar”ın baş məşqçisi Slaven Biliç isə 3 oyunluq cəzalandırılıb.

Həmin oyunda qırmızı kart alan “Qalatasaray”ın futbolçusu Felipe Melo isə 2 oyunluq cəzalandırılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43