Kateqoriyasız

“Çiçarito bunu “Qarabağ”la oyunda vurduğu qolla sübut etdi”

“Düşünürəm ki, Çiçarito “Sevilya”da özünə inam qazanıb. O, ən yaxşı formasını bərpa edəcək”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri Meksika futbolunun tanınmış simalarından olan Rafael Markes  “Sevilya”nın oyunçusu Xavyer Ernandesin (Çiçarito) Avropa Liqasının qrup mərhələsinin ilk turunda “Qarabağ”a vurduğu qoldan danışarkən deyib.

O, cərimə zərbəsindən vurulan qolu belə şərh edib:

“Çiçarito bunu “Qarabağ”la oyunda vurduğu qolla sübut etdi. Qrup mərhələsində güclü mübarizə olur. Ümid edirəm ki, onlar mərhələ keçməyi bacaracaqlar. Çiçarito məni təəccübləndirməkdə davam edir. O, hər epizoddan qol vurmağı bacarır. Ona heyranam və ümid edirəm ki, belə də davam edəcək”.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43