Kateqoriyasız

Çiçarito: “İlk qola qədər yaxşı oynamırdıq”

FutbolPressAvropa Liqasının qrup mərhələsinin ilk turunda Bakıda “Qarabağ”a qalib gələn (3:0) İspaniyanın “Sevilya” klubunun futbolçusu Çiçarito açıqlama verib. Matçda hesabı açan meksikalı ilk qola qədər yaxşı oynamadıqlarını söyləyib:


“Nəticəyə görə xoşbəxtik. Hədəfim qol vurmaq idi. İlk qola qədər yaxşı oynamırdıq, rəqib təzyiq edirdi. Hesabı onlar açsaydı, işimiz çətinləşərdi. Sonradan daha 2 qol vurub qələbə qazandıq. Yaxşı idim. Ümid edirəm ki, bütün komandamız və baş məşqçimiz bunu belə görüb. Uğura ac, eyni zamanda həyəcanlıyam. Meydanda bütün gücümü göstərmək istəyirəm. Düşünürəm ki, belə müsbət nəticələrimiz qarşıda daha çox olacaq. Biz artırmaqda davam edəcəyik”.

Çiçarito deyib ki, qol hesabını açmağı özünəinamı da artırır: “Çünki hücumçu qol vurmalıdı. Düzdü, komanda yoldaşım De Yonq rəqib qapısına yol tapmaqda çətinlik çəksə də, komanda üçün hər şey edir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43