Kateqoriyasız

Çılğın kiprli azarkeşlər APOEL-dən “küsüb”: Anşlaq olmayacaq!

Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəində təmsilçimiz “Qarabağ” səfərdə APOEL-in qonağı olacaq.

GSP stadionunda keçiriləcək matçda anşlaq gözlənilmir. Bunu İdmanxeber.az-a klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov deyib.

Klub rəsmisi bildirib ki, Nikosiya klubu cari mövsümdən etibarən “fan id”-ə keçid edib. Kart sisteminə keçiddən sonra komandanın bundan öncəki oyunlarında da azarkeşlərin stadiona gəlməsində azalma müşahidə olunur. Bu baxımdan da, axşam maksimum 10 min azarkeşin APOEL-ə dəstək olması gözlənilir.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43