Dünya futbolu

Çili millisinin üzvü “Valensiya”da

“Valensiya” “Selta”nın futbolçusu Fabian Orellananı icarəyə götürüb.

İdmanxebr.com-un məlumatına görə,  futbolçu “yarasalar”ın heyətində mövsüm sonunadək çıxış edəcək. Daha sonra “Valensiya” ilə 2019-cu ilədək müqavilə imzalayacaq.

Qeyd edək ki, 32 yaşlı xavbek  2013-cü ildən “Selta”nın şərəfini qoruyur. O, bu müddət ərzində keçirdiyi 120 görüşdə 19 qol vurub. Bundan əlavə futbolçu 2007-ci ildən Çili yığmasında çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43