Dünya futbolu

Çilinin Portuqaliya üzərindəki qələbəsi – VİDEO

Konfederasiyalar kuboku-2017-də ilk finalçının adı məlum olub.

Yarımfinal mərhələsində son Avropa çempionu Portuqaliya yığması Çili ilə üz-üzə gəlib. Əsas və əlavə vaxtı qolsuz başa çatan oyunda penaltilərə ehtiyac duyulub. Portuqaliya millisi ilk 3 zərbəni qola çevirə bilməyib. Cənubi amerikalılar isə hər 3 penaltidən yararlanaraq finala adlayıb.

Qeyd edək ki, bu gün yarımfinal mərhələsinin digər görüşündə Almaniya Meksika ilə qarşılaşacaq.

Konfederasiyalar Kuboku-2017, yarımfinal

Portuqaliya – Çili – 0:0 (penaltilər – 0:3)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43