İdman

Çimərlik futbolu üzrə Avropa Liqası Bakıda keçiriləcək

Bakıda Çimərlik futbolu üzrə Avropa Liqası (Euro Beach Soccer League) turniri keçiriləcək.

İdmanxeber.com-un məlumatına görə, yarış iyunun 22-dən 24-dək davam edəcək.

Avropa Liqasında 8 komanda 2 qrupda mübarizə aparacaq. Millimiz Portuqaliya, Belarus və Fransa yığmaları ilə birgə I, İsveçrə, İtaliya, Ukrayna və Almaniya milliləri isə II qrupda yer alıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43