İdman

Çin klubundan “Beşiktaş”ın üzvünə 25 milyon avroluq təklif

“Beşiktaş”ın futbolçusu Domaqoy Vida karyerasını Çində davam etdirə bilər. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

İdmanxeber.com-un məlumatına görə, Çinin adı açıqlanmayan klubu xorvatiyalı müdafiəçi üçün İstanbul klubuna təklif göndərib. Çinlilər Vidaya görə 25 milyon avro ödəməyə hazırdılar.

Daha əvvəl “Liverpul”un 20 milyon avro təklif etdiyi, ancaq “Beşiktaş”ın bu məbləğə razılaşmadığı yazılmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43