Dünyadan

Çin klubundan “Qalatasaray”ın futbolçusu üçün 20 milyon

“Qalatasaray”ın futbolçusu Lukaş Podolski karyerasını Çində davam etdirə bilər.

İdmanxeber.com-un məlumatına görə, futbolçu Çinin “Guanqjou Evergrande” komandasının diqqətindədir.

Almaniyanın “Sport bild” qəzetinin məlumatına görə, komanda 31 yaşlı almaniyalı forvard üçün “Qalatasaray”a 20 milyon avro təklif edib. Bundan başqa, “Guanqjou Evergrande” tərəfindən Podolskinin özünə isə ildə 9 milyon avro ödəməyə hazır olduqları açıqlanıb.

Xatırladaq ki, Podolskinin “Qalatasaray”la 2017/2018-ci il mövsümünün sonunadək müqaviləsi var.

Qeyd eddək ki, carı mövsümdə “Qalatasaray”ın heyətində bütün turnirlərdə 12 oyunda meydana çıxan Polşa əsilli futbolçu 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43