Dünya futbolu

Çində stadion yandı

Çin Super Liqasında çıxış edən “Şanxay Şenhua”nın stadionunda yanğın baş verib.

Ölkənin ən iddialı klublarından olan klubun “Honqkou” stadionuna böyük xəsarət dəyib. Meydançaya heç bir ziyan dəyməsə də, arenanın üst qismi və oturacaqlar sıradan çıxıb. Klubdan edilən açıqlamada heç kimin həyatını itirmədiyi açıqlanıb. Çin mətbuatında yanğının səbəbinin bəlli olmadığı qeyd edilib.

Xatırladaq ki, “Şanxay Şenhua”da Karlos Teves, Obafemi Martins və Fredi Quarin kimi məşhur futbolçular çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43