Dünya futbolu

Çindən “Barselona”ya rədd cavabı

“Quançao Everqrand” futbolçusu Paulinyonun “Barselona”ya keçidinə icazə verməyib.

İdmanxeber.com-un məlumatına görə, bu barədə Çin klubunun rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, kataloniyalıların 28 yaşlı yarımmüdafiəçi üçün 23 milyon avroluq təklifi rədd edilib:

“Paulinyo bizimlə yeni müqavilə imzalayıb. Onunla daha uzun illər çalışmaq istəyirik və satmaq niyyətimiz yoxdur. Bu səbəbdən “Barselona”nın təklifini qəbul etmədik”.

Qeyd edək ki, brazilyalı futbolçu 2015-ci ildən Çin klubunda çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43