Kateqoriyasız

Çingiz Abdullayev: “Bu gün keçiriləcək seçkidən öncə heç nə deyə bilmərəm”

Xalq yazıçısı Çingiz Abdullayev “Neftçi” klubuna prezident seçilməsi ilə bağlı Kulisə açıqlama verib. 

İdmanxeber.com-un məlumatına görə, yazıçı bildirib ki, bu gün axşam saat 17-də “Neftçi” FK-da seçki keçiriləcək, seçkidən qabaq heç nə deyə bilməz.

Xatırladaq ki, bugünkü tədbirdə klubun strukturunda dəyişik gözlənilir və yeni struktura görə prezident vəzifəsi Müşahidə Şurasının sədri vəzifəsi ilə əvəz olunacaq. Ç.Abdullayevin bu şuraya sədr seçiləcəyi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43