Ölkə futbolu

Çingiz Abdullayev: “Lənkəran stadionunda heç-heçə də yaxşı nəticədi”

“Gözəl oyun oldu. “Xəzər Lənkəran” layiqli oynadı. Düzdü qələbəni 2:0-dan sonra əldən verdik.”

Bu sözləri 2:2 hesabı ilə başa çatan “Xəzər Lənkəran” – “Neftçi” matçından sonra “Neftçi”nin müşahidə  şurasının rəhbəri Çingiz Abdullayev İdmanxeber.com-a açıqlamasında deyib:

“Bu o demek deyil ki, “Neftçi” zəif oynadı. Rəqibi də qiymətləndirmək lazımdı. Lənkəran stadionunda heç- heçə də yaxşı nəticədi. 2:2-dən sonra komandamız hücum edirdi. Biz daha çox hücum edən tərəf idik.”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43