Ölkə futbolu

Çingiz Abdullayev məsuliyyəti üzərindən atdı

“Neftçi”nin Müşahidə Şurasını sədri Çingiz Abdullayev Azərbaycan Premyer Liqasının ilk turunda “Qarabağa”a 1:3 hesabı ilə məğlubiyyətdən sonra jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib.

İdmanxeber.com-un məlumatına görə, xalq yazıçısı müsahibə üçün klub rəhbərliyini nişan göstərib: “Artıq klubun prezidenti, vitse-prezidenti var. Gedin danışın, görək, onlar nə deyirlər”.

Qeyd edək ki, bir müddət əvvəl “Neftçi”də struktur dəyişikliyi baş verib. Orxan Hüseynzadə prezident, Elnur Eyvzaov isə vitse-prezident təyin olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43