Ölkə futbolu

Çingiz Abdullayev “Neftçi”nin bazasına baş çəkdi – FOTOLAR

Bu gün “Neftçi” PFK-nın Müşahidə Şurasının sədri Çingiz Abdullayev və şuranın üzvləri – Sadıq Sadıqov, Mübariz Zeynalov, Səməd Qurbanov, Cəbrayıl Cəbrayılov, Zaur Qəhrəmanov və Bəhram Bağırzadə klubun bazasına baş çəkiblər. Çingiz Abdullayev komanda üzvləri ilə görüşdə onları “Bakı” klubu üzərində qazanılmış 2:0 hesablı qələbə münasibətilə təbrik edərək, Zaqatala səfəri öncəsi uğurlar arzulayıb. Müşahidə Şurasının üzvləri bazanı gəzərək şəraitlə tanış olublar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43