Ölkə futbolu

Çingiz Abdullayev Tahir Süleymanova “ilişdi”: “Futbolçular bu günə kimi həmin siçanları axtarırlar”

“Neftçi” PFK-nın Müşahidə Şurasının sədri Çingiz Abdullayev maraqlı açşıqlama ilə diqqət mərkəzinə düşüb.

İdmanxeber.com-un məlumatına görə, Abdullayev “Neftçi”nin sabiq vitse-prezidenti Tahir Süleymanova “ilişib”:

“Tahir Süleymanov çox sağ olsun ki, dediklərimə münasibət bildirməklə borcların yaranma səbəblərini də açıqlamış oldu. Futbolçular 2013/2014-cü il mövsümündə keçirilmiş final oyununa görə müqavilələrində yazılmış mükafatları hələ indiyə kimi də almayıblar. Tahir Süleymanov düz deyir ki, onların çemodanında siçan da yox idi. Futbolçular bu günə kimi də həmin siçanları axtarırlar ki, pullarını alsınlar”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43