Kateqoriyasız

Çixradze “Simurq”dan ayrıldı

“Simurq”un baş məşqçisi Georgi Çixradze Ukraynaya yolda düşüb. Səfərdə məqsəd sabahdan etibarən Ukrayna Futbol Federasiyasının təşkil etdiyi “Pro” məşqçi kurslarında iştirak etməkdir.

2009-cu ildə bu kateqoriyanı alan Çixradze, lisenziyasının vaxtını artırmaq üçün seminarlara qatılacaq və dekabrın 5-də Azərbaycana qayıdacaq.

Qeyd edək ki, ölkə kubokunun 1/8 final mərhələsi çərçivəsində dekabrın 4-də “Simurq”u “Araz”la oyuna köməkçi məşqçi İqor Getman çıxaracaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43