Dünya futbolu

ÇL-da son turun ən yaxşısı adına namizədlər açıqlandı

Çempionlar Liqasında qrup mərhələsinin son turunun ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

Namizədlər siyahısında Neymar (PSJ), Endryu Robertson (“Liverpul”), Leroy Sane (“Mançester Siti) və Qiyom Oaro (“Yanq Boyz) yer alıb.

Azarkeşlər qurumun saytında keçirilən səsvermədə iştirak edərək, bu həftənin ən yaxşı oyunçusunu müəyyənləşdirəcək.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43