Dünya futbolu

ÇL-nın finalı ABŞ-da oynanacaq? – Açıqlama

UEFA prezidenti Aleksandr Çeferin Çempionlar Liqası – 2021-nin finalının ABŞ-da keçiriləcəyi barədə yayılan iddialara münasibət bildirib.

İdmanxeber.az-ın verdiyi məlumata görə, o, bu xəbərləri təkzib edib:

“Hal-hazırda bu ideya müzakirə edilmir. UEFA Avropa xaricində Çempionlar Liqasının finalını keçirməyi planlaşdırmır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43