Kateqoriyasız

“Qarabağ”ın potensial rəqibi müəyyənləşdi – Yenilənib

Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.

İdmanxeber.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə “Qarabağ”ın da bu mərhələdəki potensial rəqibi bəlli olub.

Ağdam təmsilçisi 3-cü təsnifat mərhələsində Norveçin “Molde” klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə, pley-off-da “Ferentsvaroş” (Macarıstan) – “Dinamo” (Zaqreb, Xorvatiya) cütünün qalibi  üz-üzə gələcək. “Qarabağ” pley-off-a yüksəlsə, ilk oyunu Bakıda keçirəcək.

Qeyd edək ki, pley-off mərhələsinin ilk matçları 22-23 sentyabr, cavab qarşılaşmaları idə 29-30 sentyabr tarixlərində oynanılacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43