Ölkə futbolu

Con Oluremi: “Belə mükafatın verilməsindən xəbərim yox idi”

Premyer Liqada avqust ayında vurulmuş ən gözəl qolun müəllifi müəyyənləşib.

PFL-in rəsmi saytında keçirilmiş sorğunun nəticələrinə əsasən AZAL klubunun yarımmüdafiəçisi  Con Olureminin IV turda “Sumqayıt”ın qapısına vurduğu qol avqust ayının ən yaxşısı seçilib. Amerikalı yarımmüdafiəçisi bu gün “Fairmont Baku” mehmanxanasında təşkil olunan qaliblərin mükafatlandırılması mərasimində təəssüratlarını bölüşüb:

“Açığı, belə mükafatın verilməsindən xəbərim yox idi. Mükafat qazandığım üçün şadam.  “Sumqayıt"a vurduğum qolu yaxşı xatırlayıram. Viktor İqbekoyi mənə ötürmə etmişdi. Mən də gözəl qola imza atmışdım. AZAL-ın düşdüyü durum müvəqqətidir. Cəmi 2 turdur qələbə qazana bilmirik”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43