Premyer Liqa

Con Toşak: “Uşaq səhvindən sonra qapımızda qol gördük”

Premyer Liqasının VI turunda "Bakı"nı doğma azarkeşlər önündə 2:1 hesabı ilə məğlub edən "Xəzər Lənkəran"ın baş məşqçisi Con Toşak oyun haqda fikirlərini bildirib.

“Uşaq səhvindən sonra qapımızda qol gördük. Bundan sonra oyunda dönüş yaratmaq çətin idi. Futbolçularıma təşəkkürümü bildirirəm, əzmkar oyun göstərib qalib gəldilər. Qol imkanlarımızı nəzərə alsaq, hesab daha böyük ola bilərdi. Bu oyun mənə ötən mövsüm “Bakı” ilə kubok oyunumuzu xatırlatdı. Həmkarım Milinko Pantiçin komandamızın oyunu haqqında fikirlərinə yalnız təəssüflənirəm”.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43