Kateqoriyasız

“Çox istərdim ki, avrokuboklarda və ölkə çempionatında yaxşı çıxış edək”

“İnter”lə bir illik müqavilə imzalayan Aleksandr Amisulaşvili keçidi ilə bağlı klubun rəsmi saytına açıqlama verib.

İdmanxeber.com-un məlumatına görə, gürcüstanlı futbolçu yeni komandasında uğur qazanmaq üçün köməyini əsirgəməyəcəyini bildirib:

“Sevinirəm ki, bu komandaya keçdim. “İnter”in sıralarına qoşulduğum ilk gündən hər şey xoşuma gəldi. Komandanın çox mehriban kollektivi var. Çox istərdim ki, avrokuboklarda və ölkə çempionatında yaxşı çıxış edək. Yeni komandama uğur qazanmaq üçün öz köməyimi əsirgəmiyəcəyəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43