Kateqoriyasız

“Çox nadir hallarda belə olur” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın XI turunda “Qəbələ” ilə səfər matçından (1:1) sonra fikirlərini bildirib.

Təcrübəli mütəxəssis mətbuat konfransında deyib:

“Danışılacaq çox şey yoxdu. Mövsümdə belə oyun çox nadir hallarda olur ki, bu qədər qol epizodları yaradırsan, amma yekunda heç-heçə edirsən. Amma fikirləşirəm ki, yenə 1 xal qazandıq. Ümumən futbolçular pis oynamadı, hər oyunda bu qədər qol epizodları yaratmaq olmur. Hər zaman Qəbələdə oynamaq bizim üçün çətin olub. Rəqibə növbəti oyunlarda uğurlar arzulayıram”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43