Ölkə futbolu

“Çox vacib qələbə qazandıq” – Aftandil Hacıyev

“Komandamı təbrik edirəm. Bu gün çox yaxşı və vacib qələbə qazandıq. Olduqca gərgin oyun idi.  Azarkeşlərə və oyunçulara təşəkkür edirəm. Onların dəstəyi ilə yaxşı nəticələr qazanırıq. Rıbkanın zədələnməsi bizi çox üzdü. Onun zədəsi olduqca ciddi görünür. Dəqiq həkimlərin rəyindən sonra bilinəcək”.

Bu sözləri “Səbail”in baş məşqçisi Aftandil Hascıyev evdə keçirilən “Qəbələ” oyunu sonrası deyib. O daha sonra meydan daxil olan Elşad Əhmədovun performansı və mümkün qapıçı transferi barədə danışıb:

“O, gənc qapıçıdır. Təcrübəsi yoxdur. Biz daha təcürübəli qapıçıların səhvlər etdiyini görürük. Onun oyunundan razı qaldım. Əlindən gələnin ən yaxşısını etdi. Yeni tarnsefrlər barədə  rəhbərliklə söhbət etməmişik. Bunu mösümün sonunda görüşüb söhbət edəcəyik. Ona görə çox da geniş nəsə deyə bilməyəcəm. Təbii ki, Rıbkanin zədəsinin ciddi olsa qapıçı trasnferi lazım gələcək. Rıbka üçün mövsüm bidi demək olar”.

 

 

Oxşar xəbərlər

“Qəbələ” – “İnter”: heyətlər

admin

“Qarabağ” – PAOK matçının keçiriləcəyi stadion müəyyənləşdi

admin

“Xəzər Lənkəran”ın istədiyi transfer baş tutdu: Ağdamlı azarkeşlərin sevimlisi Lənkəranda!

admin