İdman

Cüdoçularımızdünya reytinqnində mövqeyini qorudu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq siyahısını açıqlayıb.

Idmanxeber.com-un məlumatına görə, siyahı Azərbaycan millisinin aparıcı üzvləri üçün uğurlu olub.

Yığmamızın aparıcı cüdoçularının hamısı mövqelərini qoruyublar. Belə ki, Orxan Səfərov yenə 3-cü, İlqar Müşkiyev (hər ikisi 60 kq) 12-ci, Nicat Şıxəlizadə 9-cu, Tərlan Kərimov (hər ikisi 66 kq) 45-ci, Rüstəm Orucov (73 kq) 1-ci, Məmmədəli Mehdiyev (90 kq) 20-ci, Elmar Qasımov 1-ci, Elxan Məmmədov (hər ikisi 100 kq) 8-ci və Uşanqi Kokauri (100 kq-dan yuxarı) 17-ci pillədə yer alıblar.

Təmsilçilərimizdən yalnız Aişə Qurbanlı (48 kq) 1 rəqibini özündən irəli buraxıb. O, 41-ci yerə geriləyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43