06 Oktyabr 2024
Kateqoriyasız

Çumbinyo “Qarabağ” haqda nə dedi?

“Qarabağ” tez-tez Avropa yarışlarında çıxış edir və bu, vacibdir. Bu il düşdükləri qrup olduqca çətindir”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın sabiq futbolçusu Çumbinyo deyib.

Braziliyalı yarımmüdafiəçi Ağdam təmsilçisinin Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmasına sevindiyini deyib:

“APOEL, “Sevilya” və “Düdelanj”la matçlar asan olmayacaq. Çünki bütün komandalar yaxşı və güclüdür. “Qarabağ” da güclü komandadır və sona qədər hər bir rəqiblə mübarizə aparacaq. Keçmiş komandamın hədəfinə çatacağına inanıram”.

Qeyd edək ki, Çumbinyo 2013-2015-ci illərdə “Qarabağ”da oynayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43