Ölkə futbolu

Çumbinyo “Qarabağ”dan gedir

"Qarabağ"ın braziliyalı futbolçusu Çumbinyo komandadan getmək istəyir.

Bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.

Məlumatda bildirlir ki, Azərbaycan mühitinə alışmaqda çətinlik çəkən futbolçu ötən mövsümü icarə əsasında keçirdiyi "Atromitos"a qayıtmaq fikrindədir.

Hətta, yarımmüdafiəçinin  sözügedən klubun rəhbərliyi ilə əlaqə saxlayaraq, qış transfer dönəmində Yunanıstana dönmək istədiyini bildirdiyi mətbuatda yer alan xəbərlər arasındadır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43