İdman

Cüneyt Çakır Çempionlar Liqasında

Türkiyəli FİFA hakimi Cüneyt Çakıra UEFA-dan yeni təyinat verilib.

İdmanxeber.com-un məlumatına görə, o, Çempionlar Liqasının E qrupunda keçiriləcək “Bayer” – “Tottenhem” matçını idarə edəcək.

Ona Mustafa Emre Eyisoy və Hüseyn Göçek köməklik edəcək. Dördüncü hakim funksiyasını Barış Şimşək yerinə yetirəcək.

Qeyd edək ki, 18 oktyabrda keçiriləcək oyun Almaniyanın “Leverkuzen” şəhərindəki “Bay Arena”da baş tutacaq. Matç Bakı vaxtı ilə 22:45-də start götürəcək.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43