Dünya futbolu

Cüneyt Çakır Madrid derbisində!

Türkiyəli hakim Cüneyt Çakır daha bir mühüm oyuna təyinat alıb.

O, Çempionlar Liqasının yarımfinalında keçiriləcək “Atletiko” – “Real” cavab matçının baş hakimi olacaq. C. Çakıra Bahattin Duran və Tarık Ongun köməklik edəcək. Dördüncü hakim funksiyasını Əmrə Eyisoy yerinə yetirəcək.

Madrid derbisi mayın 10-u Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43