Kateqoriyasız

Cüneyt Çakır sirrini açıqladı

Türkiyənin dünyaca məhşur futbol hakimi olan Cüneyt Çakır Türkiyə mətbuatına danışıb.

İdmanxeber.com-un məlumatına görə, C.Çakır bu peşeni seçməsinin səbəbini açıqlayıb:

“Futbolla yatıb, futbolla oyanırdım. 10 yaşından futbolun içində idim. Ancaq 17 yaşımda zədələndim və futbolla vidalaşmalı oldum. Bəlkə də, bu həyatımın ən çətin anlarından biri idi. Futbolu sevən və hakimliyə aşiq biri kimi böyüdüm. Hakimliyə gəlməyimdə atamın böyük rolu oldu. Onun sayəsində bir sıra gözəl və özəl insanları tanıdım. Anamı da yaddan çıxarmaq olmaz. Mən futbolçu olmağı, yoxsa hakimliyi seçməklə bağlı tərəddüd edərkən anam mənə “sən mütləq referi olmalısan” dedi. O, “mən səni dünya çempionatında görürəm” deməklə bu peşəni seçməyimə kömək oldu”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43