03 Dekabr 2020
Kateqoriyasız

DƏQİQLƏŞDİ: “Qarabağ”ın ev matçı Türkiyədə keçiriləcək

Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Villareal” matçı Türkiyədə baş tutacaq.

Bunu Ağdam klubunun meneceri Asif Əsgərov bildirib.

Klub rəsmisinin sözlərinə görə, UEFA neytral meydan olaraq “Qarabağ”a  başqa ölkələri təkllif etsə də, klub rəhbərliyi Türkiyəni seçməkdə israrını bildirib və buna da nail olub.

Asif Əsgərov bildirib ki, sözügedən qarşılaşma İstanbulda yerləşən “Başakşəhər Fatih Terim” stadinda keçiriləcək. Matç oktybarın 29-da baş tutacaq.

Qeyd edək ki, UEFA Dağlıq Qarabağ bölgəsindəki gərgin təhlükəsizlik vəziyyətini nəzərə alaraq Azərbaycan millisinin və “Qarabağ”ın ev oyunlarının alternativ ölkələrdə keçirilməsi barədə qərar qəbul edib.

Qafqazinfo


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Kəpəz” “Qarabağ”a, “Zaqatala” “Neftçi”yə qalib gəldi

admin

“Bakıya əhsən!” – Britaniya səfiri

admin

“Millidə yüklənmə çox idi” – Rüfət Dadaşov

admin