Premyer Liqa

DƏQİQLƏŞDİ: “Xəzər Lənkəran” – “Neftçi” oyunu Bakıda keçiriləcək – RƏSMİ

“Xəzər Lənkəran”ın müraciəti “Neftçi” tərəfindən müsbət dəyərləndirilib.

İdmanxeber.com-un məlumatına görə, Premyer Liqanın 13-cü turunda keçiriləcək “Xəzər Lənkəran” – “Neftçi” matçının Bakıda keçirilə biləcəyi haqda sizə xəbər vermişdik. Cənub komandası Lənkəran Şəhər Stadionunda təmir işlərinin aparılması səbəbindən “Neftçi”yə müraciət edərək oyunun Bakıda keçirilməsini xahiş etmişdi. Artıq qarşı tərəfdən cavab gəlib.

Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu idmanxeber.com-a bildirib ki, böyük ehtimalla “Xəzər Lənkəran” – “Neftçi” oyunu Bakıda keçiriləcək.

Qeyd edək ki, Lənkəran tərəfi bu oyunda meydan sahibi kimi “Neftçi”nin olmasını istəmişdi. Beləliklə gələn ilin 2 fevralında (21-ci tur) və 9 aprelində (29-cu tur) reallaşacaq derbilər Lənkəranda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43