Ölkə futbolu

DƏQİQLƏŞDİ: “Xəzər Lənkəran” – “Qəbələ” oyunu Lənkəranda keçirilməyəcək

"Xəzər Lənkəran" Azərbaycam Premyer Liqasının XV turunda "Qəbələ"  ilə keçirəcəyi stadion da müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, Lənkəran şəhər stadionu təmirə bağlandıqdan sonra arenanın ot örtüyü ideal səviyyəyə gətirilsə də, mütəxəssislər sözügedən məkanda oyunun keçirilməsinə icazə verməyiblər. Buna səbəb kimi isə ot örtüyündə aparılan təmirdən sonra yağışlı hava şəraitində sıradan çıxma təhlükəsinin olmasıdı. 

Beləliklə, "Xəzər Lənkəran" meydan sahibi kimi "Qəbələ"ni "Dalğa Arena"da qonaq edəcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43