Ölkə futbolu

DƏQİQLƏŞDİ: “Xəzər Lənkəran”ın kamerunlusu AZAL-la oyunda oynaya biləcəkmi?

“Xəzər Lənkəran”ın hücumçusu Etame Mbillanın məşqdə zədələndiyi haqda sizə öncədən xəbər vermişdik.

Klubdan isə onun sabahkı oyunda meydana çıxıb-çıxmayacağının  sual altında olduğu bildirilmişdi.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, Cənub klubunun 26 yaşlı kamerunlu forvardı AZAL-la matçda komandasına kömək edə biləcək.

Qeyd edək ki, Mbilla son məşqdə əzələsini dartdığı üçün onun AZAL-la oyunda meydana çıxacağı sual altında idi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43