18 Sentyabr 2019
Kateqoriyasız

Dabo “Neftçi” azarkeşlərindən üzr istədi

“Neftçi”nin futbolçusu Baqali Dabo azarkeşlərdən üzr istəyib.

Bu barədə o, şəxsi “İnstagram” səhifəsində yazıb:

“Mən eyniyəm, dəyişməmişəm. “Neftçi” üçün hər şeyimi vermişəm. Ötən mövsümdə də komanda üçün bacardığımı etmişəm. Xahiş edirəm ki, gələndə məni söyməyin. Mənə inanın, dəstək olun. Söyüşlərim azarkeşlər haqda deyildi. Üzgünəm, məni bağışlayın”.

Qeyd edək ki, 31 yaşlı hücumçu  bugünlərdə şəxsi “İnstagram” səhifəsində “Neftçi”nin bir qrup azarkeşini təhqir edib.

Oxşar xəbərlər

“Neftçi” “hərbiçilər”lə “sülh”ə razılaşdı

admin

“Bordo”nun gənc oyunçusundan inanılmaz rekord

admin

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin