Kateqoriyasız

Dabo “Neftçi” azarkeşlərindən üzr istədi

“Neftçi”nin futbolçusu Baqali Dabo azarkeşlərdən üzr istəyib.

Bu barədə o, şəxsi “İnstagram” səhifəsində yazıb:

“Mən eyniyəm, dəyişməmişəm. “Neftçi” üçün hər şeyimi vermişəm. Ötən mövsümdə də komanda üçün bacardığımı etmişəm. Xahiş edirəm ki, gələndə məni söyməyin. Mənə inanın, dəstək olun. Söyüşlərim azarkeşlər haqda deyildi. Üzgünəm, məni bağışlayın”.

Qeyd edək ki, 31 yaşlı hücumçu  bugünlərdə şəxsi “İnstagram” səhifəsində “Neftçi”nin bir qrup azarkeşini təhqir edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43