Ölkə futbolu

“Daçiya”nın “şirin” vədi

Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində “Kəpəz”lə cavab oyununa çıxacaq Moldovanın “Daçiya” klubu azarkeşlərinə müraciət ünvanlayıb.

 İdmanxeber.com-un məlumatına görə, klub saytı vasitəsilə söylənən müraciətdə iyulun 7-də keçiriləcək qarşılaşmada tərəfdarlardan komandaya dəstək vermələri xahiş olunur.

“Daçiya” rəsmiləri hətta azarkeşlərə matçın keçiriləcəyi Speyaya gəlib-qayıtmaları üçün yol xərclərini də ödəyəcəklərini vəd ediblər. Stadiona gələnlərə isə matçın biletləri pulsuz veriləcək.

Xatırladaq ki, “Daçiya” – “Kəpəz” matçı iyulun 7-də Speyada şəhərinin eyniadlı stadionunda keçiriləcək və görüş Bakı vaxtı ilə saat 19:00-da baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43