Dünya futbolu

Dadaşov Almaniyada klubunu dəyişdi

Miillimizin sabiq üzvü Rüfət Dadaşovun Almaniyada yeni klubu müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli hücumçu Berlin təmsilçisi “Dinamo” ilə anlaşıb. Onunla bağlanan müqavilənin detalları açıqlanmayıb.

Paytaxt təmsilçisi Şimal-Şərq Regional Liqasında mübarizə aparır.

Rüfət “Şalke 2″də çıxış edirdi. O, 2017-18-ci illərdə “Dinamo”da forma geyinib.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43