Dünya futbolu

Dadaşov oynadı, komandası uduzdu

Portuqaliya Sequndasında 31-ci turun oyunları keçirilib.

21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Renat Dadaşovun formasını geyindiyi “Eştoril” səfərdə “Penafiel”lə qarşılaşıb.

Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 2:4. Dadaşov qarşılaşmanın 66-cı dəqiqəsində meydana çıxıb.

Qeyd edək ki, “Eştoril” 31 oyuna 51 xalla 18 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43