Kateqoriyasız

Dadaşov oynadı, “Tondela” heç-heçə etdi

Azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Tondela” Portuqaliya çempionatında 31-ci turun oyununa çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, komanda doğma meydanda “Vitoriya Gimaraynş” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Renat da bu görüşün iştirakçısı olub. O, 79-cu dəqiqədə meydana buraxılıb.

Hazırda 26 xalı olan “Tondela” 18 komanda arasında 17-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43