Kateqoriyasız

Dadaşov rəsmən İngiltərə Premyer Liqa klubunda: “Elə bildim agentim mənimlə zarafat edir”

Xəbər verdiyimiz kimi, milli komandamızın hücumçusu Renat Dadadaşov İngiltərə Premyer Liqa klubu “Vulverhempton”a transfer olunub.

İdmanxeber.az-ın məlumatına görə, “canavarlar” artıq bu transferi rəsmən ictimaiyətə açıqlayıb.

20 yaşlı futbolçumuz transferlə bağlı düşünbcələrini klubun rəsmi saytı vasitəsi ilə bölüşüb:

“Çox xoşbəxtəm və həyəcanlıyam. Bu komandanın bir parçası olmaq gözəldi. Agentim məni yığıb “Vulverhempton” səni istəyir” dediyində “mənimlə zarafat edirsən?, bu doğrudur? – deyə cavab verdim. Belə bir komandanın transfer təklifini həmin an qəbul etdim. Hər bir futbolçu Premyer Liqada oynamağı arzulayır. Bura çox güclü futbolçu kimi qayıadacğıma söz verirəm”.

Dadaşov sonda millimiz haqda da danışıb:

“Sonuncu dəıfə Azərbaycan millisində qardaşımla eyni anda meydanda olduq. Bu, mənim üçün ağlasığmaz idi, çünki qardaşımla birgə ölkəmi təmsil etmək həyatımın ən yaxşı hisslərindən biri idi”.

Qeyd edək ki, “Vulverhempton” gənc forvardı Portuqaliyanın “Pakoş de Ferreyra” komandasına icarəyə verib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43