Dünya futbolu

Dadaşov “Şalke”də növbəti qolunu vurdu

Millimizin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Şalke”nin ikinci komandası Almaniyanın Qərb Regional Liqasında növbəti matçını keçirib.

İdmanxeber.az xəbər verir ki, komanda 19-cu turda “Köln”lə qarşılaşıb və 5:0 hesabı ilə qalib gəlib. Rüfət də bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Komandasının ilk qolunu da Dadaşov vurub.

Dadaşov bununla da qol sayını 7-ə çatdırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43