İdman

Dadaşov yenə qol vurdu, Almaniyada bombardir olaraq qalır

Millimizin keçmiş üzvü Rüfət Dadaşov çıxış etdiyi “Dinamo”nun heyətində növbəti qolunu vurub.

İdmanxeber.com-un məlumatına görə, Almaniya Şimal Şərq Regionalında çıxış edən “Dinamo” XXIII turda səfərdə “Noyştrelits”lə qarşılaşıb.

Berlin təmsilçisinin ikinci qoluna Dadaşov vurub.. Bombardirlər siyahısında lider olan 27 yaşlı hücumçunun aktivində 23 qol var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43