Dünya futbolu

Dadaşovlu “Eştoril” məğlub oldu

Portuqaliya Sequndasında 17-ci turun oyunları keçirilir.

U 21 millimizin üzvü olan Renat Dadaşovun formasını geyindiyi “Eştoril” səfərdə “Famalikao”ya 2:0 hesabı ilə məğlub olub. Matçın 80-ci dəqiqəsində meydana daxil olan Dadaşov komandasına kömək edə bilməyib.

“Eştoril” 30 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43