02 Dekabr 2020
  • Ana səhifə
  • İdman
  • Dağ velosipedçilərinin (MTB) Milli Qurtuluş gününə həsr olunmuş yarışı
İdman

Dağ velosipedçilərinin (MTB) Milli Qurtuluş gününə həsr olunmuş yarışı

Dağ velosipedçilərinin (MTB) Milli Qurtuluş gününə həsr olunmuş yarışı

Iyunun 14-də Veloparkda velosiped idmanının MTB (dağ velosipedi) növü üzrə açıq Azərbaycan çempionatı keçiriləcək. 15 iyun – Milli Qurtuluş gününə həsr olunmuş yarışda peşəkar velosipedçilərlə yanaşı, həvəskar dağ velosipedçiləri də iştirak edə bilərlər.

Müvafiq idman ləvazimatı (velosiped və baş geyimi) olan hər bir həvəskar velosipedçi yarışda iştirak etmək üçün federasiya ilə əlaqə saxlamaqla (012 566 74 88; 077 450 25 13; e-poçt: [email protected]) qeydiyyata düşə bilər.

Yarış günü iştirakçılar saat 10.00-dan etibarən Veloparkdakı mərkəzi meydanda qeydiyyata alınacaqlar. Yarışa saat 11.00-da start veriləcək. “Tour d’Azerbaidjan-2014” veloyürüşünün virtual oyun versiyasının qalibi də çempionat başa çatdıqdan dərhal sonra mükafatlandırılacaqdır.

Azərbaycan çempionatının nəticələri Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) reytinq siyahısında nəzərə alınacaq. Həm peşəkarlar, həm də həvəskarlar arasında fərqlənən idmançılar federasiya tərəfindən medal, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Baş məşqçi: “Kamranın üçüncü səhvindən sonra oyunun axarını dəyişmək çox çətin idi”

admin

“Milan” – “Arsenal” və digər görüşlər hansı kanallarda?

admin

Millimizin oyunu həm Azərbaycan, həm də rəqib ölkədə canlı yayımlanacaq

admin