Kateqoriyasız

“Dağlıq Qarabağ Azərbaycanın torpağıdır” – “Marca”

İspaniyanın məşhur “Marca” nəşri Avropa Liqasının qrup mərhələsinin ikinci turunda keçirilən “Düdelanj” – “Qarabağ” matçında baş verən təxribat barədə məqalə dərc edib.

İdmanxeber.az-ın məlumatına görə, nəşr ötən gün keçirilən oyunda meydana daxil olan drona və onun üzərində olan qondarma “Dağlıq Qarabağ” bayrağına belə şərh verib:

“Siyasət yenidən idman oyunlarında göründü. Və yenidən siyasi səbəblərlə matç dayandırıldı. “Qarabağ”ın “Düdelanj”a vurduğu ikinci qoldan sonra Lüksemburqun “Jozi Bartel” stadionunun üzərindən uçan drona və bayrağa görə hakim oyunu dayandırmağa məcbur oldu.  Azərbaycan komandası topla drona zərbə vuraraq onu yerə endirməyə cəhd göstərdi. Dağlıq Qarabağ əslən Azərbaycanın torpağıdır, amma 30 ildən çoxdur ki, Ermənistan qoşunları tərəfindən hərbi yolla işğal olunub”.

Qəzet həmçinin “Qarabağ”ın oyunçularının baş verən hadisəyə verdikləri reaksiyadan da yazıb: “Sözügedən hadisədən sonra Ağdam təmsilçisi oynamaqdan imtina etdi. Çünki bu komanda Ağdam şəhərini təmsil edir və hazırda yuxarında göstərilən münaqişə səbəbindən yalnız Ermənistan tərəfindən tanınan  bir respublikanın əlində qalıb. Təxribat səbəbindən görüş 15 dəqiqədən (əslində 20 dəqiqədən çox) sonra qaldığı yerdən davam etdi. “Qarabağ”ın kapitanı Rəşad Sadıqov dron meydanı tərk etdikdən sonra azərbaycanlı azarkeşlərə yaxınlaşaraq onlarla danışdı və sakit olmağa səslədi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Keşlə”də yeni müqavilə

admin

“Zirə” 4 futbolçunu göndərir

admin

“Baku Sporting”də yeni təyinat

admin